Özbəkistan Prezidenti ABŞ-yə işgüzar səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Sülh Şurasının inauqurasiya iclasında iştirak üçün fevralın 17-19-da Vaşinqtona işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətindən bildirilib.

Səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə təşkil edilib.

Proqram çərçivəsində Mirziyoyevin strateji layihələrin təqdimatında və ABŞ-nin aparıcı şirkətlərinin və maliyyə institutlarının rəhbərlərinin iştirakı ilə iqtisadi sahədə ikitərəfli sənədlərin imzalanması mərasimində iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, Sülh Şurası ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb. Özbəkistan bu ilin yanvarında İsveçrənin Davos şəhərində təsisçi dövlət qismində Şuraya qoşulub.

Digər xəbərlər