Ötən il "Uber"in xalis gəliri 6,5 milyard dollar təşkil edib

Bakı. 15 aprel. REPORT.AZ/ Ötən il Amerikanın taksi xidməti ilə məşğul olan "Uber" şirkətinin xalis gəliri 6,5 milyard dollar təşkil edib.

"Report" xəbər verir ki, bu barədə şirkətə istinadən "Bloomberg" məlumat yayıb.

Şirkətin il ərzində təshih edilmiş xalis ziyanı isə 2,8 mlrd. dollar olub.

Şirkət 69 mlrd. dollar dəyərində qiymətləndirilir və hazırda dünyanın 75 ölkəsində fəaliyyət göstərir.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09