Oslonun mərkəzində güclü partlayış baş verib

Norveçin paytaxtı Oslonun mərkəzində güclü partlayış baş verib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, insidentin baş verdiyi Pilestredet küçəsinə polis qüvvələri cəlb olunub, ərazi mühasirəyə alınıb.

İlkin məlumatlara görə, naməlum şəxs əl qumbarası partladıb, hüquq-mühafizə orqanları ərazidə daha bir partlayıcı qurğu aşkar ediblər.

"TV2" telekanalının məlumatına əsasən, hadisə ilə bağlı 13 yaşlı yeniyetmə saxlanılıb.

Hazırda ölən və ya yaralananlar barədə məlumat verilməyib.

Digər xəbərlər