Braziliyada bəndin dağılması nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Braziliyanın cənub-şərqindəki Minas-Jerays ştatında mədən şirkətinə məxsus bəndin dağılması nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın Mülki Aviasiyasının polkovnik-leytenantı Flaviu Qodinyu bildirib.

"Hazırda ölənlərin sayı 99 nəfərdir. Onlardan 55-nin şəxsiyyəti müəyyənləşdirilib", - deyə o, keçirdiyi mətbuat konfransında bildirib.

Qodinyu əlavə edib ki, daha 259 nəfər itkin düşmüş hesab olunur.

Daha əvvəl bildirilirdi ki, bəndin dağılması nəticəsində 84 nəfər həyatını itirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10