Oman sahillərində tankerlərdən birində yanğın baş verib, hadisənin səbəbləri araşdırılır.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzindən (UKMTO) məlumat verilib.
Məlumata görə, yanğın Omanın Sohar şəhərindən 21 dəniz mili (39 km) şimal-şərqdə yerləşən tankerin maşın şöbəsində baş verib.
Hadisənin ətraf mühitə mənfi təsiri qeydə alınmayıb.
"Hakimiyyət orqanları yanğının səbəbini araşdırır", - UKMTO-nun məlumatında qeyd olunub.