Olaf Şolts: "Almaniya Türkiyəyə yardım göndərəcək"

“Almaniya, əlbəttə, Türkiyəyə yardım göndərəcək”.

“Report” xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts tviterdə yazıb.

“Türkiyə-Suriya sərhəd bölgəsində baş verən zəlzələ xəbərini təşvişlə izləyirik. Ölənlərin sayı durmadan artır”, - o bildirib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10