Nyu-Yorkun mərkəzində kişi qadını ağır yaralayıb, özü isə intihar edib

Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərində bu gün yerli vaxtla səhər saatlarında insident yaşanıb.

"Report" "New York Post" qəzetinə istinadən xəbər verir ki, şəhərin Manhetten bölgəsində naməlum kişi qadının qarın boşluğuna atəş açıb, sonra isə özü intihar edib.

Atəş qadının "Cooper Union" kollecinin yanında park edilmiş avtomobildən düşdüyü zaman açılıb.

Hadisənin motivləri hələ müəyyənləşdirilməyib.

Xəbər lenti