Nyu-Yorkun şimalındakı Harlem bölgəsində yaşayış binasında baş verən yanğın zamanı azı 6 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "New York Post" qəzeti yazıb.
Yerli polisin məlumatına görə, ölənlərin hamısı bir ailənin üzvləridir. Ölənlər arasında 4 uşaq var.
Yanğının başvermə səbəbləri müəyyənləşdirilir.