ABŞ-ın Nyu-York ştatında koronavirus qurbanlarının sayı 9 min nəfəri ötüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Endryü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, son sutka ərzində 758 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
“9 385 nəfər öldü”, - qubernator deyib.
Endryü Kuomo qeyd edib ki, yoluxmadan sonra koronavirusdan ölənlərin sayının artım sürəti hələ ki, yüksəlmir.