Nyu-Yorkda cinayət hadisələrinin sayı artır

ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-Yorkda baş verən cinayət hadisələrinin sayında böyük artım qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Nyu-York Polis Departamenti (NYPD) məlumat yayıb. Məlumatda qeyd olunur ki, şəhərdə ötən həftə ərzində baş verən cinayət hadisələri 2021-ci ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Ən böyük sıçrayış isə avtomobil oğurluğu hadisələrində qeydə alınıb.

Statistikaya görə, avtomobil oğurluğunda ötən ilin eyni dövrü ilə müqayisədə 96 %-dən çox artım var. Həftə ərzində 255 avtomobil oğurlanıb ki, bu da ötən illn eyni dövrü ilə müqayisədə 116 %-dən çox artım deməkdir.

Bununla yanaşı, mülk və pul oğurluqlarında da ciddi artım müşahidə olunub və şəhərdə quldurluq hadisələri təxminən 35 % artıb.

Polis Nyu-Yorkda davam edən şaxtalı hava şəraitinin cinayətkarları əməllərindən uzaqlaşdıra bilmədiyini, hətta havalar istiləşdikcə cinayət hadisələrinin daha da arta biləcəyini düşünür.

Digər xəbərlər