Nyu-Yorkda baş verən yanğın zamanı 8 nəfər xəsarət alıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Nyu-Yorkun Bruklin rayonunda 16 mərtəbəli binada baş verən yanğın zamanı uşaqlar da daxil olmaqla, 8 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. İki uşağın vəziyyəti ağırdır. Yanğıının baş verdiyi mənzildə 1-9 yaş arası dörd azyaşlı olub.

Yanğın binanın birinci mərtəbəsində baş verib. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09