Nyu-Delhidə bina çöküb, ölənlər var

Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib.

"Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyun toplanması səbəbindən köhnə bina çöküb", - o deyib.

Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir.

Digər xəbərlər