ABŞ-da barda atışma olub, 10 nəfər yaralanıb

ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində barda baş verən atışma nəticəsində 5-i qadın, 5-i kişi olmaqla 10 nəfər yaralanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Trenton şəhər polis idarəsinin əməkdaşı Stefan Varn bildirib.

Yaralılardan birinin vəziyyəti ağırdır.

Silahlı hücumun səbəbi hələ ki bilinmir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10