Nyu-Cersidə atışma nəticəsində 3 nəfər yaralanıb

Bakı. 9 iyul. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində baş verən atışma nəticəsində 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Zərərçəkənlər arasında 6 yaşlı uşaq da var. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onların həyatı təhlükədə deyil.

Polis hələ ki, hadisənin təfərrüatı barədə məlumat vermir.

Digər xəbərlər

Britaniya Ukraynaya 25 min dron verib 08 sentyabr, 2026 / 20:03