“Dünyada fövqəladə hadisələr baş verir, ciddi böhranlar var".
“Report” xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Karadeniz Texniki Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu, müasir dövrün əsas özəlliyidir: “İndi dünyanın ən müxtəlif regionlarında müharibələr, toqquşmalar gedir. Türkiyə bu proseslərin mərkəzindədir. Biz belə olan halda güclü olmağa məcburuq”.
N.Kurtulmuş bildirib ki, bəzi dünya dövlətləri ambisiyalarından əl çəkməsə, üçüncü dünya müharibəsi başlayacaq: “Dünya sürətlə buna doğru gedir. Əgər bunu istəmiriksə, geosiyasi ambisiyalarımızdan əl çəkməliyik”.
Onun sözlərinə görə, rəsmi Ankara bunun qarşısının alınması üçün çalışır.