Novavax Avropaya peyvənd göndərmək istəmir

Amerikanın Novavax şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib.

“Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”-mənbə deyib.

Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10