Fransa məhkəməsinin andlı iclasçıları 2020-ci ildə Nitsanın Notr-Dam kafedralında üç nəfəri öldürən Tunis əsilli Brahim Auisauini ömürlük həbs cəzasına məhkum edib.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) instansiyanın qərarına istinadən məlumat yayıb.
Bildirilib ki, hökm məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsi mümkün olmayan məcburi cəza müddətini nəzərdə tutur. Agentlik bu müddətin neçə il olacağını dəqiqləşdirməyib. Söhbət “Fransa cinayət məcəlləsinin nəzərdə tutduğu ən sərt cəzadan” gedir. “Hökm bu barbar aktına uyğun olmalıdır”, – deyə AFP bir hakimin sözlərini sitat gətirib.
Xatırladaq ki, Nitsanın mərkəzindəki kafedralda ziyarətçilərə hücum 2020-ci il oktyabrın 29-da baş vermişdi. Cinayətkar bıçaqla silahlanmışdı.