Nitsa aeroportunun terminallarından biri evakuasiya edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Hərbçilər Nitsa aeroportunun terminallarından birini mühasirəyə alıb.

"Report" AP-yə istinadən xəbər verir ki, sərnişinlərindən terminal binasını tərk etmək tələb olunub.

Evakuasiyanın səbəbi hələlik məlum deyil.

Buna qədər Nitsa polisi bir neçə evdə axtarış aparıb. Həmçinin minatəmizləyənlər şübhəli bağlamanı zərərsizləşdiriblər.

Digər xəbərlər