Bakı. 2 aprel. REPORT.AZ/ Nikaraquada Müqəddəs həftə ərzində azı 46 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü Mərkəzi Amerika ölkəsinin milli polisi məlumat yayıb.
İdarənin məlumatına görə, 9 nəfər qətlə yetirilib, 15 nəfər isə yol qəzalarının qurbanı olub, daha 22 nəfər ölkə çimərliklərində istirahət zamanı batıb.
Latın Amerikasında ənənəvi olaraq keçirilən Müqəddəs həftə ərzində insanlar kurort zonalara istirahətə yollanır. Bu səbəbdən də yollarda qəzaların sayı və suda boğulma halları çoxalır.