Nigeriyada terror təşkilatının lideri və 62 silahlı zərərsizləşdirilib

Nigeriyanın şimal-şərqində “Boko Haram” və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 63 silahlı, o cümlədən qruplaşma lideri zərərsizləşdirilib.

“Report”un “Anadolu”ya istinadən xəbərinə görə, bu barədə Nigeriyanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, general Benar Onyuko məlumat verib.

Onun sözlərinə görə, zərərsizləşdirilən terrorçular arasında ISWAP-ın liderlərindən biri Abubakar Dan-Buduma da var.

Bundan başqa, terror təşkilatının 79 üzvü, xeyli miqdarda silah-sursat ələ keçirilib.

Qeyd edək ki, “Boko Haram” qruplaşması 2015-ci ildən Kamerun, Çad və Nigerə hücumlar təşkil edir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10