Nigeriyada “Boko Haram” radikal qruplaşmasının hücumu zamanı onlarla insan qətlə yetirilib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə ölkənin şimal-şərqində baş verib. Qruplaşma üzvlərinin hücumu zamanı 30 nəfər öldürülüb.
Hadisə şahidi Adam Saleh bildirib ki, hücum hərbçilər Maiduquri-Damatur magistral yolunu bağlayarkən baş verib.
Xatırladaq ki, “Boko Haram” silahlıları Nigeriyada 2009-cu ildə qruplaşma rəhbəri Məhəmməd Yusifin öldürülməsindən sonra fəallaşıblar. Son illər silahlıların hücumu zamanı 20 mindən çox insan qətlə yetirilib.