​Nigeriyada daha bir şəhər yaraqlılar tərəfindən ələ keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Boko Haram" terror qruplaşmasının yaraqlıları Nigeriyanın hökumət qüvvələri ilə qızğın silahlı toqquşmadan sonra ölkənin şimal-şərqində yerləşən Monquno şəhərini ələ keçiriblər.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın yüksək vəzifəli hərbçisi məlumat verib.

"Monquno təslim oldu", - deyə o bildirib.

Şəhərin əhalisi 100 min nəfərdən ibarətdir.

Bundan əvvəl isə Nigeriya hərbçilərinin Mayduquri şəhərində terrorçuların hücumunu dəf etdiyi məlumat verilmişdi.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12