​Nigeriyada avtobus qəzası nəticəsində 16 nəfər həlak olub

Bakı. 3 fevral. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 16 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Franc-Press" məlumat yayıb.

"Qəza nəticəsində 16 nəfər ölüb və 35 nəfər xəsarət alıb. Avtobusun sürücüsü təkərin partlaması nəticəsində idarəetməni itirib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, yük maşını "Boko haram" terror təşkilatının hücumlarından əziyyət çəkənlərə humanitar yardım aparırmış.

Digər xəbərlər