İsrail İranın təkcə nüvə silahı yaratmaq deyil, həm də onu Yaxın Şərqdəki tərəfdaşlarına ötürmək niyyətində olduğu barədə məlumat alıb.
"Report"un xəbərinə görə, bu bəyanatla İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib və İrana qarşı hərbi əməliyyatları bununla əsaslandırıb.
"Hərəkət etməsəydik, nə baş verərdi deyəcəm. Bizdə məlumat var idi ki, bu prinsipsiz rejim hazırlayacaqları nüvə silahlarını öz terrorçu satellitlərinə ötürməyi planlaşdırır. Bu nüvə terrorizmi bütün dünya üçün təhlükə olardı", - o, deyib.