Netanyahu: İsrail ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır

İsrail Vaşinqtonun mövqeyi ilə razılaşmağa və ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır.

"Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə səfərinin yekunlarını şərh edərkən bildirib.

"Tramp ölkələrdən ABŞ ilə ticarət kəsirini sıfıra endirməyi istəyir. Mən ona dedim: "Bu bizim üçün o qədər də çətin deyil. Biz bunu edəcəyik". Bu, ABŞ və bizim üçün çox şey edən prezident üçün edə biləcəyimiz ən az şeydir", – o bildirib.

Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumlarının tətbiq ediləcəyini elan edib, İsrail üçün tarif 17 % təşkil edəcək. Netanyahu Trampla görüşündə rüsumlar məsələsini müzakirə edən ilk dünya lideri olub.

Xəbər lenti