Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq

İsrail İranın nüvə silahı yaratmasına imkan verməyəcək.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Mən İsrailin baş naziri olduğum müddətcə İranın nüvə silahı olmayacaq", - o vurğulayıb.

Netanyahu qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu məsələdə onunla tamamilə həmrəydir.

"Artıq 30 ildən çoxdur ki, mən İranın nüvə proqramına qarşı beynəlxalq mübarizənin avanqardındayam. Əgər bu mübarizə olmasaydı, İranın çoxdan İsraili məhv etmək üçün atom bombaları olardı. Mən İsrailin Baş naziri olduğum müddətcə, bu, baş verməyəcək", - Netanyahu yazıb.

Digər xəbərlər