Bakı. 4 fevral. REPORT.AZ/ "Norveç Krallığı Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkə parlamentinin başçısı kimi tanıyır, müvəqqəti prezident kimi yox".
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri İne-Eriksen Syoreyde bildirib.
"Norveç ənənəvi olaraq yalnız dövlətləri tanıyır, hökumətləri deyil. Biz bütün bu vaxt ərzində Xuan Quaydoya Milli Assambleyanın seçilmiş və qanuni sədri kimi dəstəyimizi ifadə edirdik", - deyə Syoreyde bildirib.
Daha əvvəl BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, beynəlxalq təşkilat Venesueladakı qarşıdurmada tərəfsiz mövqedədir.