Fransada insanlara atəş açan şəxsin meyiti tapılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Fransanın Korsika adasının Bastiya şəhərində ətrafdakılara atəş açan şəxsin meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner özünün "Twitter" səhifəsində yazıb.

"RAID (xüsusi təyinatlı polis-red) əməliyyat keçirdi. Atəş açan şəxs ölü tapılıb", - deyə Kastaner bildirib.

Nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarına və xilasedicilərə təşəkkür edib.

Qeyd edək ki, hadisə zamanı 6 nəfər yaralanıb. BFM telekanalı polisdəki mənbəyə istinadən atışma zamanı 1 nəfərin öldüyünü xəbər verib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10