NATO-nun baş katibi ABŞ-a səfər edəcək

Bakı. 10 sentyabr. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

"Report"un məlumatına görə, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin saytında xəbər verilib.

Bildirilir ki, NATO-nun baş katibi çərşənbə günü - sentyabrın 12-dən cümə günü – sentyabrın 14-dək Vaşinqtonda, Kolumbiya dairəsində səfərdə olacaq. Yens Stoltenberq Konqres üzvləri və ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bundan əlavə, Stoltenberq "İrs" fondunda da məruzə ilə çıxış edəcək.

Digər xəbərlər