NATO İraqla yeni formatda əməkdaşlıq edəcək

NATO, Yaxın Şərqdəki hərbi münaqişələr səbəbindən İraqdakı missiyasındakı fəaliyyətində dəyişikliklər etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart "Reuters" agentliyinə bildirib.

"NATO-nun İraqdakı missiyası kontekstində mövqeyimizi dəyişdirdiyimizi təsdiqləyə bilərik. Müttəfiqlər və tərəfdaşlarla sıx əlaqələndirmə şəraitində işləyirik", - deyə o bildirib.

O, ittifaq heyətinin təhlükəsizliyinin və mühafizəsinin ən vacib məsələ olduğunu söyləyib:

"Bu məsələ ilə bağlı əlavə məlumat verməkdən çəkinəcəyik. NATO ilə İraq arasında, o cümlədən İraqdakı NATO Missiyası çərçivəsində siyasi dialoq və praktik əməkdaşlıq davam edəcək".

Digər xəbərlər