Bakı. 28 dekabr. REPORT.AZ/ NATO-nun başçılıq etdiyi beynəlxalq koalisiya bu gün formal olaraq Əfqanıstanda 13 illik döyüş əməliyyatına yekun vurur.
"Report" RİA "Novosti"-ya istinadla xəbər verir ki, mərasim Kabildə keçirilir.
Qeyd edək ki, Əfqanıstanda bundan sonra da NATO-nun rəhbərlik etdiyi qüvvələrin 13 min əsgəri qalacaq. Onlar Əfqanıstan ordusuna yardım göstərəcək.
Əfqanıstanda əməliyyatların ən qızğın çağında burda 51 ölkədən 140 min əsgər var idi.