NATO Baş katibi: "Ukraynanı uzunmüddətli perspektivdə dəstəkləyəcəyik"

"NATO uzunmüddətli perspektivdə Ukraynaya kömək edəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Biz Ukraynanı dəstəkləyəcəyik. Rəsmi Kiyevin sovet silahları əvəzinə, standartlarımıza uyğun olan silahlarla təmin olunmasına kömək göstərəcəyik", - o bildirib.

Y.Stoltenberqin sözlərinə görə, Ukrayna mübarizə aparmaqdan imtina edərsə, bu, onun mövcudluğu üçün təhlükə ilə nəticələnə bilər.

Digər xəbərlər