NASA və "SpaceX" "Crew-12" missiyasının "Crew Dragon" kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılmasını 7 oktyabra təxirə salıb.
"Report"un NASA-ya istinadən məlumatına görə, qərar Kaliforniya sahilində suya enmə ehtimalı olan ərazidə hava şəraitinin qiymətləndirilməsindən sonra verilib.
"Crew Dragon" kosmik gəmisinin BKS-dən ayrılması 7 oktyabrda Bakı vaxtı ilə saat 9:05-dən tez olmayaraq planlaşdırılır.
Kosmik gəminin daha əvvəl 5 oktyabrda stansiyadan ayrılması gözlənilirdi.