Myanmadan qaçan müsəlmanların sayı 500 min nəfəri ötüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Kütləvi toqquşmalar nəticəsində Myanmadan Banqladeşə qaçan Rohingya müsəlmanlarının sayı 500 min nəfəri ötüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin bəyanatında bildirilir.

"Myanmada başlayan kütləvi qarşıdurmalardan 5 həftə sonra BMT bəyan edir ki, Banqladeşə gələn qaçqınların ümumi sayı 500 min nəfəri ötüb", - deyə məlumatda qeyd olunur.

Digər xəbərlər