Myanmada torpaq sürüşməsi olub, ölənlər və yaralanan var

Bakı. 5 yanvar. REPORT.AZ/ Myanmada torpaq sürüşməsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi ölkənin İnformasiya Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, təbii hadisə ölkənin şimalında, Kaçin ştatında qeydə alınıb. Hadisə zamanı 6 nəfər ölüb, həmçinin 1 nəfər xəsarət alıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10