Myanmada fövqəladə vəziyyət rejimi uzadılıb

Myanma hakimiyyəti ölkədə davam edən silahlı toqquşmalar fonunda fövqəladə vəziyyəti növbəti dəfə altı ay uzadıb.

“Report” xəbər verir ki, bu barədə “Myawaddy TV” məlumat yayıb.

Bildirilib ki, konstitusiyanın 425-ci maddəsinə əsasən, Milli Müdafiə və Təhlükəsizlik Şurası yekdilliklə fövqəladə vəziyyətin daha 6 ay uzadılması barədə qərar qəbul edib.

Myanmada 2021-ci ilin fevral ayından fövqəladə vəziyyət sonuncu dəfə 2023-cü ilin fevralında uzadılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10