Myanmada baş vermiş zəlzələdən sonra Tailandda 100-dən çox afterşok qeydə alınıb

Myanmada baş vermiş zəlzələdən sonra Tailandda 100-dən çox afterşok qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamentinin yaydığı məlumatda bildirilib.

Qurumun zəlzələləri müşahidə şöbəsindən bildirilib ki, ümumilikdə 101 yeraltı təkan baş verib.

Yeraltı təkanların maqnitudası 1,0 ilə 7,0 arası dəyişib.

Xatırladaq ki, güclü zəlzələ martın 28-də Myanma ərazisində baş verib.

Xəbər lenti

Şamaxıda zəlzələ olub 12 aprel, 2025 / 15:58