Myanma hökuməti bir həftə ərzində Arakan ştatında 16 məscid söküb

Bakı. 12 dekabr. REPORT.AZ/ Myanma hökuməti müsəlman rohincaların kompakt şəkildə yaşadığı Arakan ştatında 16 məscid söküb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ştatın Maunqdao bölgəsindəki 17 məsciddən 16-sı cəmi bir həftə içində sökülüb.

Yerli sakinlər qalan yeganə məscidin aqibətinin də əvvəlkilər kimi olacağından qorxurlar.

Bu arada Myanmanın təhlükəsizlik qüvvələri Yeni Napura kəndində rohinca müsəlmanlarına məxsus 4 evi yandırıb.

Digər xəbərlər