Mosulun azad edilməsi əməliyyatının başlanması rəsmən elan edilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı başlayıb.

"Report" Haber7-yə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi rəsmən elan edib.

Baş nazir dövlət televiziyası ilə çıxışında əyalətin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatının başladığını, Mosul şəhərinə yalnız İraq ordusu və polisinin daxil olacağını bildirib. 

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12