Mosulda məktəb binası raket atəşinə tutulub, 81 nəfər ölüb

Bakı. 5 may. REPORT.AZ/ Mosulun qərbində yerləşən Əl-Vela məktəbinin binası raket atəşinə məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə yerli təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Bombardıman nəticəsində 18-i uşaq olmaqla, 81 nəfər dünyasını dəyişib. Ölənlər İraqın hökumət qüvvələri ilə İŞİD arasında gedən döyüşlərdən məktəb binasında gizlənənlər olublar. Raket zərbələrinin kim tərəfindən endirildiyi hələ ki, məlum deyil.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09