Moskvada ticarət mərkəzində yanğın nəticəsində 18 nəfər xəsarət alıb - VİDEO

Bakı. 10 iyul. REPORT.AZ/ Moskvanın şimal-şərqində yerləşən "RİO" ticarət mərkəzində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, yanğın nəticəsində 18 nəfər xəsarət alıb.

Məlumata görə, 4 nəfər binadan xilas edilib. Zərərçəkənlərdən dördünün vəziyyəti ağırdır.

Yanğının sahəsi min kvadrat metr təşkil edib. Yanğın söndürülüb.

Digər xəbərlər