Moskvada koronavirusdan ölənlərin sayı 2500-ü ötdü

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirus qurbanlarının sayı yenidən artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizəyə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində COVID-19-dan daha 76 nəfər ölüb.

“Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus infeksiyası analizlərinin müsbət nəticə verdiyi 76 pasiyent öldü”, - qərargahda bildiriblər.

Məlumata görə, bununla da paytaxtda COVID-19 qurbanlarının sayı 2 553 nəfərə çatıb.

Digər xəbərlər

Brüsseldə 21 etirazçı həbs edilib 09 oktyabr, 2026 / 18:45