Bakı. 29 yanvar. REPORT.AZ/ Naməlum şəxslər Moskva dairəvi avtomobil yolunun cənub-qərbində ticarət mərkəzinin dayanacağında Banqladeşin Rusiyadakı Səfirliyin attaşesinin avtomobilini qaçırıb.
"Report"un məlumatına görə, bu barədə "TASS" paytaxtın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib.
"Naməlum şəxslər ticarət mərkəzindəki dayanacaqda Banqladeş səfirliyinin attaşesinə məxsus "Toyota Land Cruiser" avtomobilini qaçırıblar. Moskvada oğruların və maşınının axtarışı məqsədilə "Yaxalama" adlı əməliyyat planı həyata keçirilir" - deyə mənbə bildirib.