Moskva kinoteatrı partlayış təhlükəsi səbəbindən təxliyyə olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Moskvanın "Zvezdnı" kinoteatrı partlayış təhlükəsi barədə məlumat səbəbindən təxliyyə olunub.

"Report" xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallar xidmətindənki mənbəyə istinadən TASS məlumat yayıb.

"Vernadski prospekti, ev 14 ünvanında yerləşən binadan partlayış təhlükəsi səbəbindən təqribən 150 nəfər təxliyyə olunub. Həmin ünvandakı binada "Zvezdnı" kinoteatrı yerləşir", — deyə mənbə bildirib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10