Bakı. 9 may. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı üzrə Birgə fəaliyyət planından çıxmaq barədə qərarından narahatdır və sövdələşmənin icra edilməsinə sadiq qalacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Aİ diplomatiyasının rəhbəri Federika Moqerini bildirib.
"İran saziş çərçivəsində öz öhdəliklərini yerinə yetirdikcə, necə ki, o bunu edir, Aİ nüvə sazişinin tam olaraq reallaşdırılmasına sadiq qalacaq", - deyə o söyləyib.