Moqadişoda polis bölməsi yaxınlığında partlayış baş verib

Somalinin paytaxtı Moqadişo şəhərinin Hamarven bölgəsində yerləşən polis bölməsinin yaxınlığında güclü partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Somalinin “Garowe” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücumu terrorçu-kamikadzenin həyata keçirdiyi güman edilir.

Partlayışın baş verdiyi ərazi ordu bölmələri tərəfindən mühasirəyə alınıb. Mümkün zərərçəkənlərə dair hələlik heç bir məlumat verilmir.

Digər xəbərlər

ABŞ Bank of Americanı cərimələyib 14 oktyabr, 2026 / 05:12