Monteneqroda kilsənin yaxınlığında partlayış olub

Bakı. 9 avqust. REPORT.AZ/ Montoneqronun paytaxtı Podqoritsada Müqəddəs İsa Məsihin Dirilişi kilsəsinin yaxınlığında partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Monteneqronun dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, partlayış avqustun 9-da səhər saatlarında baş verib.

Hadisə nəticəsində ölən və yaralanan olmasa da, kilsəyə yaxın binalara və ətrafdakı avtomobillərə ziyan dəyib.

Partlayışın səsi şəhərin bütün hissələrində eşidilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10