​Monqolustanda "Mi-8" qəzaya uğrayıb, bir nəfər ölüb, 10 nəfər xəsarət alıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Monqolustanda "Mi-9" helikopterinin təlim-uçuşu zamanı qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, 10 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, helikopter paytaxt Ulan-Batordan 50 km şərqdə qəzaya uğrayıb. 

Hadisənin başvermə səbəbinin araşdırılması ilə bağlı ölkədə komissiya yaradılıb. 

Xəbər lenti