Moldovanın sabiq Baş naziri korrupsiya ittihamı ilə 72 saatlığına saxlanılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Moldovanın sabiq Baş naziri Vladimir Filat Korrupsiya ilə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən 72 saatlığına saxlanılıb.

"Report"un "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, Baş prokurorluğun razılığı əsasında təcridxanaya yerləşdirilən sabiq hökümət başçısı yaxın günlərdə məhkəməyə çıxarılacaq.

Korrupsiya əməllərində ittiham olunan Vladimir Filatın Moldovanın bank sistemindən külli miqdarda vəsaiti xaricə köçürdüyü iddia edilir.

Digər xəbərlər

İlon Mask Corc Sorosu geridə qoyub 23 oktyabr, 2026 / 07:43