Moldova ərazisində daha bir pilotsuz uçuş aparatı (PUA) görünüb, hakimiyyət orqanları bu səbəbdən də ölkənin şimal və mərkəzi hissələrində hava məkanını bağlayıblar.
"Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında qeyd edilib.
Daha sonra PUA-nın ölkənin şimal bölgəsi istiqamətində hərəkət etdiyi məlum olub, buna görə də mərkəzi bölgədə hava məkanı açılıb.
Pilotsuz uçuş aparatı (PUA) Moldova hava məkanından keçib, daha sonra Aneniy-Noy rayonunun Qırbovets kəndindən kənarda yerə düşərək partlayıb.
"Report" xəbər verir ki, bu barədə Baş Polis Müfəttişliyinin sosial şəbəkələrdəki məlumatında bildirilib.
İlkin məlumatlara görə, ölən yoxdur.
Ərazi mühasirəyə alınıb, hadisə yerində polisin ixtisaslaşmış bölmələri fəaliyyət göstərir. Ekspertlər hadisənin bütün təfərrüatlarını aydınlaşdıracaqlar.